30 dəqiqə oynasa, müqaviləsi 2019-cu ilin yayına kimi uzadılacaq

“Atletiko” yarımmüdafiəçisi Qabi ilə yeni müqavilə bağlayacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Marka” yayıb.

 

35 yaşlı futbolçuyla klub arasında anlaşmaya əsasən, müqavilə müddəti avtomatik uzadılacaq.

 

Belə ki, yarımmüdafiəçi ilə “hindular” arasında olan anlaşmaya görə, futbolçu cari mövsümdə ən azı 25 oyunda (hər birində ən azı 30 dəqiqə olmaqla) şans qazanacağı təqdirdə, onunla müqavilə müddəti avtomatik uzadılacaq.

 

Bu anlaşmaya əsasən, Qabi daha 30 dəqiqə oynayacağı təqdirdə, müqavilə müddəti 2019-cu ilin yayına kimi uzadılacaq. Hazırkı anlaşma cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Tarix: 9 Fevral 10:24    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.