U-16 Liqası: "Keşlə" autsayderə qalib gələ bilmədi

Dünən U-16 Liqasında 19-cu turun oyunları keçirildi.

 

Xəbər verdiyimiz kimi «Qəbələ»nin U-16 komandasının bir neçə futbolçusunun bu klubun 15 yaşlılardan ibarət komandası ilə birlikdə Gürcüstanda keçirilən turnirə yollanmasına görə «Qəbələ» - «Vətən» matçı təxirə salınıb. 

 

Turun digər 4 oyununda gözlənilməz nəticələr qeydə alınıb. Sensasiya «Səbail» - «Keşlə» oyununda olub. Əvvəlcədən qonaqların qalib gələcəyi gözlənilsə də, bu, baş verməyib.

 

Eyni sözləri «Sumqayıt» - «Neftçi» İK İB oyunu haqqında da demək olar. «Qarabağ» çətin Tovuz səfərindən qalib ayrılıb. Turun mərkəzi matçında isə «Zirə» «Neftçi»ni məğlub etməyi bacarıb:

 

«Zirə» - «Neftçi» 3:1

«Səbail» - «Keşlə» 1:1

«Turan» - «Qarabağ» 1:4

«Sumqayıt» - «Neftçi» İK İB 1:1

 

Bombardirlər: Emil Quluzadə («Vətən, Fərid Xasıyev («Turan») – 11 qol, Şahmar Cəfərli («Keşlə») – 10 qol.

 

U-16 Liqasında 20-ci turun oyunları fevralın 15-də keçiriləcək: «Neftçi» İK İB- «Səbail», «Keşlə» - «Zirə», «Neftçi» - «Qəbələ», «Vətən» - «Turan», «Qarabağ» - «Kəpəz». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 9 Fevral 09:12    Oxunub: 228    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.