"Qarabağ"lı və 2 transfer FOTO

Divizion təmsilçisi “Binə” heyətinə daha üç futbolçu cəlb edib.

 

Sportinfo.az xəbər verir ki, paytaxt klubu Seymur Abdullayev, Elmir Namazov və Kənan Məmmədovu sıralarına qatıb.

 

“Binə”nin öz yetirməsi olan Seymur Abdullayev 2014-2017-ci illərdə "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.

 

Mövsümün ilk yarısını "Xəzər"in heyətində keçirən 21 yaşlı hücumçu Elmir Namazov 2014-2017-ci illərdə isə "Qarabağ"ın əvəzedici heyətində oynayıb.

 

Kənan Məmmədov isə mövsümün ilk yarısını "Zaqatala"nın heyətində keçirib. 21 yaşlı yarımmüdafiəçi daha öncə "Mil-Muğan", "Rəvan" və "Qəbələ"nin əvəzedici heyətində top qovub.

 

Image may contain: 1 person, beard and indoor

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, indoor

Tarix: 9 Fevral 08:24    Oxunub: 327    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.