Millidən 3, Premyer Liqa klublarından 8 futbolçu nəzarətə götürüldü!

Azərbaycan millisinin futbolçuları Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduqları vaxt geniş antidopinq yoxlamasından keçiblər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli jurnalistlərə açıqlamasında bildirib.

 

O deyib ki, yoxlamanı Almaniya şirkəti futbolçular üçün gözlənilmədən aparıb. Bundan başqa daha 8 futbolçu qeydiyyata alınmış test qrupuna daxil edilib.

 

Nəticədə belə futbolçuların sayı 11-ə çatıb. Onların hamısı AMADA-ya məkan məlumatları verəcək. Yoxlama Azərbaycan milli komandalarının 12 üzvünü əhatə edib. Onların adları açıqlanmır.

 

Nəzarət altına götürülən 8 futbolçu isə "Sumqayıt"dan Amil Yunanov və Eltac Mirzəyev, "Keşlə"dən Denis Silva və Zeki Sinan Akkoyun, "Kəpəz"dən Kamran Abdullazadə, "Zirə"dən Vüqar Mustafayev ("Zirə"), "Səbail"dən Emil Balayev və "Qəbələ"dən Ülvi İbazadədi. 

Tarix: 8 Fevral 16:36    Oxunub: 504    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.