Azərbaycan millisinin Bakıda ilk görüşünü keçirəcəyi rəqib

Azərbaycan millisi  martın 23-də Bakıda yoldaşlıq oyunu keçirəcək. 

 

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib Belarus yığması olacaq. 

 

Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq. Bu, 2018-ci ildə Azərbaycan millisinin Bakıda oynayacağı ilk qarşılaşma olacaq. 

 

Qeyd edək ki, Azərbaycan milli komandası Belarus yığması ilə tarixində üçüncü dəfə yoldaşlıq görüşündə üz-üzə gələcək. İlk qarşılaşma 1996-cı il mayın 27-də Belarusun Molodeçno şəhərində təşkil olunub.

 

2:2 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Azərbaycan yığmasının qollarını Ruslan İdiqovla hazırda millinin baş məşqçisi olan Qurban Qurbanov vurub.

 

2001-ci il fevralın 26-da Bolqarıstanın Albena şəhərindəki təlim-məşq toplanışına təsadüf edən matçda isə Belarus qalib gəlib - 1:0.

 

Hazırda İqor Kriuşenkonun rəhbərlik etdiyi Belarus yığması Bakıdan sonra Lyublyanaya səfər edərək, martın 27-də Sloveniya ilə də yoldaşlıq oyununa çıxacaq. 

Tarix: 8 Fevral 14:00    Oxunub: 294    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.