Millimizin futbolçusu baş məqqçinin istəklərini yerinə yetirmir

Almaniya ikinci Bundesliqasında çıxış edən “Aue”nin baş məşqçisi Hannes Dryus Dmitri Nazarov barədə açıqlama verib.
 
Sportinfo.az xəbər verir ki, mütəxəssis millimizin futbolçusunun "Nürnberq"lə matçda (1:4) ehtiyatda qalmasından danışıb:
 
“Biz Nazarovu fərqli səviyyədə görürük. O, vəziyyəti bərabərləşdirməlidi. “Nürnberq”lə son qarşılaşmada taktiki səbəbdən meydana çıxmadı.

 

Bazar günü “İnqolştadt”la görüşdə onun üçün bir rol düşünürük. Bazar günü meydana çıxacaqmı? Bu, taktiki plandan asılı olacaq”.

 

“Aue” 21 turdan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıbsa, Dima bu mövsüm 18 oyuna 2 qol vurub və 3 assist edib.

 

Son turda meydana çıxmamasına səbəb “Braunşveyq” (1:3) və “Düsseldorf”la (1:2) qarşılaşmaları zəif keçirməsidi :

 

“Nazarov Düsseldorfda yerli komanda ilə keçirilən matçda özünü yaxşı tərəfdən göstərmədi və bu üzdən fasilədən sonra əvəzləndi. Ondan müsbətə doğru dəyişiklik gözləyirəm”.

 

Tarix: 8 Fevral 13:24    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.