"Anar dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirir"

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovu öldürməkdə günahlandırılan azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə məhkəmə dinləmələri başlayıb.

 

Sportinfo.az xəbər verir ki,  A.Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir.

 

"Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirir", - deyə vəkil vurğulayıb.

 

Ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

 

Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər. Hadisədən bir müddət sonra Anar Allahverənovun atası Əliyar Allahverənov Xabarovskda yolu keçmək istəyərkən avtomobillə vurularaq öldürülüb.

 

Yol-nəqliyyat hadisəsinin qisas olub-olmadığı da istintaq tərəfindən araşdırılan versiyalar sırasındadır.

Tarix: 8 Fevral 13:12    Oxunub: 333    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.