Azərbaycan Avropa çempionatının 2-ci günündə 10 medal qazandı

 Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatının ikinci günü Azərbaycan taekvandoçuları uğurlu çıxış edərək 10 medal qazanıb.

 

Sportinfo.az Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, gənclərdən ibarət milli yığma komandanın idmançıları - Cavad Ağayev (-63 kg) və Taleh Süleymanov (-73 kq), qızlardan Minayə Əkbərova (-44 kq) və Sevda Pirseyidova (- 49 kq ) yarışın qızıl medalını qazanıblar.

 

Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (-48 kg ), Ayaz Qənbərli (-51kq) və Ofeliya Allahverdiyeva (- 42 kq) finalda məğlub olaraq gümüş medala sahib olublar.

 

Nihad Abbasov (- 45 kg), Bəhruz Quluzadə (-48 kq) və Yaşar Məmmədli (-51 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüb.

Tarix: 8 Fevral 11:12    Oxunub: 61    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.