2,4 milyard dollarlıq büdcə

Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunacaq XXIII Qış Olimpiya Oyunlarının büdcəsi açıqlanıb. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bugünkü mətbuat konfransında bəyan edib.

 

Onun sözlərinə görə, Təşkilat Komitəsinin büdcəsi 2,4 milyard dollardır. 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş Oyunların büdcəsi isə 2,5 milyard dollar olub.

 

Bununla yanaşı, T.Bax biletlərin 78 faizinin satıldığını söyləyib. O, satışın böyük templə artacağına əminliyini ifadə edib. Pxençxan Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək.

Tarix: 7 Fevral 20:48    Oxunub: 263    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.