"Qurban Qurbanovu tanıyıram, Azərbaycan futbolunun əfsanəsidi"

Sportinfo.az xəbər verir ki, martın 27-də Antalyada Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Makedoniyanın baş məşqçisi İqor Angelovski müsahibə verib. 


Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcəksiniz. Bu qarşılaşma komandalara nə verəcək?
- Bu, yoxlama görüşüdü. Fikrimcə, hər iki komanda üçün yaxşı olacaq. Hər halda biz məşqçilər bir çox eksperimentlər aparacaq, taktikalar üzərində işləyəcəyik. Sınaq olaraq çox faydası olacaq. 


Azərbaycan millisini tanıyırsınız?
- Əlbəttə. İki il öncə Azərbaycan yığması ilə Avstriyada üz-üzə gəlmişdik. Ona görə də rəqibi yaxşı tanıyıram. Amma indi baş məşqçi dəyişib. Həmin vaxt komandanızı Robert Prosineçki çalışdırırdı. 


Qurban Qurbanov haqqında nə bilirsiniz?
- Əlbəttə, onu tanıyıram. Çünki “Qarabağ”la etdikləri təqdirəlayiqdi. Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidi.


Ölkəmizdə xeyli sayda makedoniyalı futbolçu çıxış edib...
- Bəli. Muarem Muarem, Slavço Georgiyevski, İqor Mitrevski. Hamısı sizin yaxşı klublarınızda oynayıb.


Sizcə, Millətlər Liqasının D qrupunun favoriti hansı komandadı?
- Fikrimcə, bunu demək üçün çox tezdi.


Azərbaycan yığması Millətlər Liqasında rəqibiniz ola bilər. Bu səbəbdən ola bilər ki, yoldaşlıq görüşündə bütün “kartlarınızı” ortaya atmayasınız?
- Yox, biz yoldaşlıq görüşündə bütün gücümüzlə oynayacağıq. Çünki potensialımızı görmək istəyirik. Həmçinin matçdan sonra ML-in başlamasına xeyli vaxt qalacaq. O zaman ərzində çox şey dəyişə bilər. 


Azərbaycan yığmasının yer aldığı qrupdan hansı komandanı rəqibiniz kimi görmək istəməzdiniz?
- Hazırda ancaq öz qrupumuz haqqında düşünürük. Bizim rəqiblərimiz də çox güclüdü və onları fikirləşməliyik. 


Növbəti mərhələyə adlaya biləcəksiz?
- Bu barədə indidən düşünmək çox tezdi. Əsas qrup oyunlarına köklənib hər matçdan maksimum xal toplamaq lazımdı. Biz hər oyunu final matçı kimi düşünüb bütün gücümüzü ortaya qoyacağıq ki, xal qazanaq. Yavaş-yavaş hər şeyi düzgün etməyə çalışırıq.


Qrupdan çıxmasanız, bunu faciə saymaq olar?
- Yox, niyə faciə olsun ki? Faciə insanın ən çox sevdiyi adamı itirməsidi. Futbolun içində məğlubiyyət də, qələbə də var və normal haldı. Biz Makedoniya millisi üçün hər şeyimizi ortaya qoyacağıq. Alınmayacaqsa, bunu faciəyə çevirməyəcəyik (sport24.az).

Tarix: 7 Fevral 19:48    Oxunub: 544    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.