Almaniyanın ən məhsuldar futbolçusu millimizə lazım deyil?

Almaniyanın "Berliner Morqenpost" saytında maraqlı yazı yer alıb.

 

Sportinfo.az xəbər verir ki, yazı Berlin "Dinamo"sunda çıxış edən Rüfət Dadaşova həsr olunub.

 

Alman həmkarlarımız forvardın bütün bundesliqalar üzrə ən məhsuldar oyunçu olduğunu qeyd edib. 4-cü bundesliqada çıxış edən hücumçu 18 matçda 20 qol vurub ki, bu da onu hamı üçün əlçatmaz edib.

 

Hətta "Bavariya"nın forvardı Robert Levandovski də bu rəqəmə çata bilməyib. Polşalı ulduz 18 dəfə fərqlənib. Qeyd olunur ki, Dadaşov hazırda formasının zirvəsindədi. O, son 4 matçda 8 dəfə fərqlənib.

 

Rüfətin keryerasıına nəzər yetirilən məqalədə onun Berti Foqtsun baş məşqçi olduğu dönəmdə millimizə çağırıldığı və yığma karyerasının heç də uğursuz olmadığı vurğulanıb - 16 oyun, 4 qol.

 

Berti Foqtsdan sonra isə Dadaşovun üzünə yığmanın qapıları bağlanıb. Ancaq o, hələ də yenidən milliyə qayıtmaq arzusunu gizlətmir.

 

Yazının sonunda "Dinamo"nun elitaya çıxmaq şansının olmadığını qeyd edən müəllif, bununla belə, Dadaşovun tezliklə daha güclü klubların birində çıxış etmək ehtimalının yüksək olduğunu bildirib.

Tarix: 7 Fevral 19:00    Oxunub: 349    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.