Şimali Koreya lideri bacısını Cənubi Koreyaya göndərir

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, 28 yaşlı Kim Ye Çjon Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

 

Sportinfo.az xəbər verir ki, o, Cənubi Koreyaya səfər etmiş ikinci qadın dövlət məmuru olacaq.

 

İlk dəfə onun bibisi, Kim Çen İrin bacısı Kim Qyon Hi bu ölkəyə səfər etmişdi. Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyasının Siyasi Bürosunun üzvüdü.

 

O, Şimali Koreyada mühüm dövlət postu tutur. Kim Ye Çjonun adı ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslərin siyahısına salınıb. Şimali Koreyada insan haqlarını pozan əsas şəxslərdən biri sayılır.

Tarix: 7 Fevral 16:00    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.