UEFA Araz Abdullayevin oynadığı çempionatdan şübhələnib

UEFA Kipr çempionatında danışılmış oyunların olmasından şübhələnib.

 

Sportinfo.az xəbər verir ki, UEFA bununla bağlı ölkə federasiyasına müraciət edərək, araşdırma aparılmasını tələb edir.

 

UEFA əsasən “Etnikos” - “Aris” qarşılaşmasının nəticəsindən şübhələnir. Bu oyun “Aris”in 4:0 hesablı qələbəsi ilə nəticələnib.

 

UEFA-nı şübhələnməyə vadar edən məqam bukmeker kontorlarında bu oyuna yatırılan vəsait olub. Əsasən, qarşılaşmada 2-dən çox qol vurulacağına və dəqiq hesaba pul qoyuluşu edilib.

 

Hazırda Kipr Futbol Federasiyasının İntizam Komitəsi məsələni araşdırır. Millimizin üzvü Araz Abdullayev Kiprin “Anortosis” klubunda çıxış edir.

Tarix: 7 Fevral 13:00    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.