"Neftçi"nin baş məşqçisi Prosineçkiyə "məni də yanına apar" xahişi etdi

Ötən ilin sentyabrında «Neftçi»dən uzaqlaşdırılan Elxan Abdullayev özünə yeni iş yeri axtarır.

 

Uğursuz baş məşqşçinin AFFA-ya etdiyi müraciət nəticəsiz qalıb.

 

Daim millilərin birində Abdullayevə iş düzəldən federasiya rəsmiləri ona başa salıb ki, artıq zaman o zaman deyil, dəyişib. Qurban Qurbanovun təyinatından sonra təsir rıçaqları əldən çıxıb. 


Ölkədə hamı tərəfindən zəif məşqçi kimi qəbul olunan Abdullayev çıxış yolunu Robert Prosineçkidə görüb.

 

«Neftçi»ni batıran «mütəxəssis» 2 ilə yaxın müddətdə milldə bərabər çalışdığı xorvatiyalıya ağız açıb, onu da Bosniya və Herseqovina yığmasına aparmasını istəyib. 


Azərbaycanda köməkçiləri olmuş Qordan Tsipriç və Draqan Spasiçi yenidən ekipinə daxil edən Prosineçki nə «hə», nə də «yox» deyib.

 

Balkanlı çalışdırıcı Bosniyada işə yenicə başladığını və bu barədə bir müddət sonra düşünə biləcəyini söyləyərək, Abdullayevi mədəni surətdə başından eləyib,


SPORTİNFO.AZ

Tarix: 7 Fevral 11:48    Oxunub: 689    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.