Erməni futbolçu Qarabağda döyüşməmək üçün İngiltərədə gizlənir

Ermənistanlı futbolçu Ovik Nersisyan hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib.

 

Sportinfo.az xəbər verir ki, bunu o, regional Shropshire star nəşrinə verdiyi açıqlamasında deyib.

 

Hazırda İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən "Uiçerç Alport”un formasını geyinən 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu söyləyib.

 

İki il öncə bu kluba üz tutan Nersisyan ölkəsində axtarışa verildiyini deyib: "Qayıtsam, həbs ediləcəm. Daha sonra hərbi xidmətə aparılacağam və həyatım təhlükədə olacaq.

 

İki il öncə hərbi xidmətdən möhlət hüququ verilmişdi. İndi isə futbolçu olmağımın onlar üçün əhəmiyyəti yoxdur. Hakimiyyət hamını döyüşə göndərir.

 

Azərbaycan mətbuatından oxumuşam ki, Ermənistan əsgərləri hər gün ölürlər. Şropşirdə təhlükəsiz şəraitdəyəm və burada yaşamaqdan xoşum gəlir. Məhkəmənin yaxşı qərar çıxaracağına ümidvaram”.

 

"Uiçerç Alport” Ovik Nersisyana kömək etmək məqsədi ilə vəkil tutub. Həmçinin, onun İngiltərədə qalması üçün petisiya elan olunub.

 

Artıq min nəfərin imzaladığı sənəd həftəsonu İngiltərənin Daxili İşlər Nazirliyinə göndəriləcək. Məhkəmə isə yekun qərarını fevralın 19-da açıqlayacaq.

 

UEFA-ın məlumatına görə, Yerevan sakini Ovik Nersisyan daha əvvəl vətənində "Pünik”in formasını geyinib və 26 nömrə altında çıxış edib.

 

Nersisyan həmçinin Ermənistanının gənclərdən ibarət yığmasının üzvü olub. 2015-2016 il Avropa Gənclər çempionatında iştirak edib.

 

Yəqin Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bunu nəzədə tutaraq bildirib ki, mövcud qanunvericiliyə görə, həqiqi hərbi xidmətdən möhlət hüququnu yalnız Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçıları ala bilərlər.

Tarix: 7 Fevral 11:00    Oxunub: 275    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.