Onu qovulmaq gözləyir!

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviköz "Qalatasaray"ın ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti vəzifəsini tərk edə bilər.

 

Sportinfo.az xəbər verir ki, səbəb Çeviközün klub prezidenti Mustafa Cengizin xəbəri olmadan CHP Partiya Məclisinə seçilməsidi.

 

Bundan narazı qalan Cengiz keçmiş səfirdən fəaliyyətinə ya klub rəsmisi, ya da siyasətçi kimi davam etməsini istəyib. Daha sonra o, vitse-prezidentdən istefa verməsini tələb edib.

 

Əhməd Ünal Çeviköz yanvarın 20-də "Qalatasaray"ın prezidenti seçilən Mustafa Cengizin siyahısında yer alıb. Daha sonra o, klubun vitse-prezidenti təyin olunub.

 

Çeviköz 2001 - 2004-cü illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Tarix: 6 Fevral 18:12    Oxunub: 327    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.