Dağlıq Qarabağda ölmək istəməyən erməni futbolçu siyasi sığınacaq istədi

Ermənistanlı futbolçu Ovik Nersisyan hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib.

 

Bu barədə shropshirestar.com məlumat yayıb.

 

Sayt xəbər verir ki, hazırda İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən “Uiçerç Alport”un formasını geyinən 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu söyləyib.


İki il öncə bu kluba üz tutan Nersisyan ölkəsində axtarışa verildiyini deyib: “Qayıtsam, həbs ediləcəm. Daha sonra hərbi xidmətə aparılacağam və həyatım təhlükədə olacaq.

 

İki il öncə hərbi xidmətdən möhlət hüququ verilmişdi. İndi isə futbolçu olmağımın onlar üçün əhəmiyyəti yoxdu.

 

Hakimiyyət hamını döyüşə göndərir. Azərbaycan mətbuatından oxumuşam ki, Ermənistan əsgərləri hər gün ölürlər.

 

Şropşirdə təhlükəsiz şəraitdəyəm və burda yaşamaqdan xoşum gəlir. Məhkəmənin yaxşı qərar çıxaracağına ümidvaram”.

 

“Uiçerç Alport” Ovik Nersisyana kömək etmək məqsədi ilə vəkil tutub. Həmçinin onun İngiltərədə qalması üçün petisiya elan olunub. Artıq min nəfərin imzaladığı sənəd həftəsonu İngiltərənin Daxili İşlər Nazirliyinə göndəriləcək. Məhkəmə yekun qərarını fevralın 19-da açıqlayacaq. 

 

Sportinfo.az xəbər verir ki, Nersisyan daha əvvəl “Pünik”in formasını geyinib. Ermənistan Müdafiə Nazirliyi onu müqavilə əsasında Dağlıq Qarabağa - işğal etdiyi torpaqlara göndərmək istəyir. Yerli hakimiyyət orqanları Ovikin geri qayıtması üçün ailəsinə təzyiq göstərir.

Tarix: 6 Fevral 12:36    Oxunub: 357    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.