AFFA Qurban Qurbanovu millidə pulla "imtahan"a çəkməyəcək

Həmişə futbol ictimaiyyəti arasında belə bir söhbət gəzib ki, AFFA yerli məşqçilərə şərait yaratmır.

 

Əvəzində qurumun əcnəbi mütəxəssislərə hər cür səxavət göstərməsi şübhə və narazılıq doğurur.

 

Qurban Qurbanovun dövründə AFFA-nın büdcəsində azalma olmayacaq?

 

Sportinfo.az xəbər verir ki, federasiyanın baş katibi Elxan Məmmədov deyib:

 

"Artıq 2018-ci ilin büdcəsinin müzakirəsinə başlamışıq və AFFA prezidenti Rövnəq Abdullayevə də təqdim etmişik. Heç bir dəyişiklik yoxdu.

 

Rəqəmlər eynidi. Təlim-məşq toplanışına xaricdə başlamışıqsa, deməli, əvvəlki qayda da davam edəcəyik. Daha əvvəl Berti Foqts və Robert Prosineçki ilə işləmişəm. İndi isə baş məşqçi Qurban Qurbanovdu.

 

Deməzdim ki, yerli məşqçiyə fərq qoyuruq. Aşağı yaş qrupları üzrə yığmalarımızda da əcnəbilər də, yerlilər də çalışıb. Heç birinə fərq qoymurduq. Şahin Diniyevin millidə baş məşqçi olduğu dövrlə indini müqayisə edə bilmərəm.

 

Çünki baş katib kimi onunla cəmi 1 ay işləmişəm. İndi isə heç bir fərqin qoyulmadığını əminliklə deyə bilərəm. Açığı, hər şey yerli məşqçinin özündən asılıdı. Yerli məşqçi tələbkardısa, bir standart tətbiq etmək istəyirsə və öz standartına hörmətlə yanaşırsa, tələblərini irəli sürəcək.

 

İşəgötürən isə ona mütləq əməl etməlidi. Çünki işəgötürən baş məşqçini nəticə verməsi üçün seçir. Nəticə istəyən şəxs tələbləri də icra etməlidi. Əslində bu, normal haldı".

Tarix: 6 Fevral 10:48    Oxunub: 316    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.