Açıq-saçıq geyiminə görə ölüm təhdidi alan xanımın FOTOLARI

Amerikalı peşəkar qolfcu Peyc Spiranak İngiltərənin “Quardian” nəşrinə açıqlamasında ölüm təhdidləri aldığını deyib.

 

Gözəlliyi ilə həmişə diqqət mərkəzində olan xanım qolfcu müsahibə zamanı vaxtilə zorakılığa, cinsi ayrı-seçkiliyə, hətta ölüm təhdidlərinə məruz qaldığını bildirib. 

 

Sportinfo.az xəbər verir ki, daha öncə çılpaq fotoları mətbuata ötürülən Spiranak, bu müddətdə şantaj edildiyini deyib.

 

O, 2015-ci ildə, Dubayda keçirilən turnir zamanı qarşılaşdığı hadisələrlə bağlı da danışıb. Xanım idmançı həmin turnirə oyununa, nəticələrinə yox, sosial şəbəkələrdəki paylaşımlarına görə çağırıldığını deyib.

 

Həmin turnirdəki geyiminə görə ölüm təhdidi aldığını, ümumiyyətlə, daim geyiminə görə tənqid olunmaqdan sıxıldığını qeyd edib.

 

Spiranak “mən qolf oyununa bütün peşəkar oyunçulardan daha çox töhfə vermişəm” deyərək, bu idman növünün daim kişilərə şamil edilməsindən, özünün isə həmişə geyimi ilə gündəmə gəlməsindən sıxıldığını bildirib. 1993-cü il təvəllüd olan idmançının “instaqram”da 1,3 milyon təqibçisi var.

 

Tarix: 6 Fevral 01:00    Oxunub: 594    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.