Bakılı milyarder "itkin" düşüb: Nə Azərbaycanda, nə də Rusiyada...

Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər – Aleksey Sitnikov-Yuliya Zlobina cütlüyünün millimizdən imtina edib. Azərbaycan Konkisürmə Federasiyasında isə işlər qaydasında deyil.

 

Sportinfo.az xəbər verir ki, federasiyanın prezidenti İsgəndər Xəlilov tapılmır.

 

Bunu federasiyanın vitse-prezidenti Fuad Quliyev oxu.az-a açıqlamasında deyib: "Faktiki olaraq federasiyanın prezidenti mənəm.

 

Çünki İsgəndər Xəlilovu son vaxtlar görməmişik. Onu nə Azərbaycanda, nə də Rusiyada görən olub. Federasiya başsız qalıb”.

 

İsgəndər Xəlilov Azərbaycanda və Rusiyada fəaliyyət göstərən biznesmen kimi tanınır. Azərbaycanlı milyarderin ən məşhur obyektləri "İSR Plaza”, "Hilton Baku” hoteli və "McDonald`s” şəbəkəsi göstərilir.

 

Xəlilovun oğlu Rauf Xəlilov Xizəksürmə Federasiyasının prezidentidir. Digər oğlu Rəhman Xəlilov isə vaxtı ilə yaradılmış, lakin sonradan fəaliyyətini dayandırmış Bobsley Federasiyasının prezidenti olub.

Tarix: 5 Fevral 16:24    Oxunub: 497    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.