"Bu komandadan bundan artığını gözləmirik"


"Oyun normal, gözlənildiyi kimi keçdi. Bu komandadan bundan artığını gözləmirik".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə açıqlamasında kişi voleybolçulardan ibarət U-18 komandasının baş məşqçisi Yaqub Rəsulov deyib.

 

Azərbaycan çempionatındakı ilk oyununda "Sərhədçi" ilə qarşılaşan gənc komanda hər 3 setdə rəqibinə müqavimət göstərə bilməyib və 0:3 hesablı məğlubiyyətə düçar olub.

 

Buna baxmayaraq. Rəsulov yetirmələrini qınamayıb: "Heyətimiz gənc voleybolçulardan qurulub. Əsas məqsəd medallar uğrunda mübarizə aparmaq yox, bu oyunçulara təcrübə qazandırmaq, onları yığma üçün yetişdirməkdi.

 

Yaş baxımından ən təcrübəli oyunçumuz Pərviz Səmədovdu. Toppaylayıcı həm də bizdə məşqçi işləyir".

Tarix: 4 Fevral 19:40    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.