VİDEO: Millimizin hücumçusu “Fənərbağça” ilə oyunda “fərqləndi”

Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Fənərbağça” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

 

Dəniz də bu oyunun iştirakçısı olub. O, görüşün 24-cü dəqiqəsində meydana buraxılıb. Yılmaz qarşılaşmanın son dəqiqəsində sarı vərəqə almaqla yadda qalıb. “Gənclərbirliyi” geridə qalan turlarda topladığı 21 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

 

Tarix: 4 Fevral 12:44    Oxunub: 267    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.