Nazir: "Növbəti Asiya Oyunları Azərbaycanda keçirilə bilər"

"Azərbaycanda bütün sahələr üçün bacarıqlı və səriştəli gənc kadrlar lazımdı.

 

Gənclərə imkan yaratmaq lazımdır ki, qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün ciddi səylə çalışsınlar".

 

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov İllik Gənclər Forumunda çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, bu gün Azərbaycan idman ölkəsinə çevrilib: "Ölkədə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdə gənclər çox aktiv iştirak edir.

 

İdman tədbirləri gənclər üçün gözəl iş imkanları yaratdı. Gənclər bundan sonra da öz üzərində çalışmalıdırlar ki, gələcəkdə yeni iş imkanlarına sahib ola bilsinlər".

 

A.Rəhimov əlavə edib ki, gələcəkdə qapalı məkanlarda və döyüş növləri üzrə VI Asiya Oyunları Azərbaycanda keçirilə bilər.

Tarix: 4 Fevral 12:05    Oxunub: 226    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.