Çempionat yekunlaşdı - 14 çəkidə çempionlar məlumdu

Azərbaycan Boks Mərkəzində kişi və qadın boksçular arasında ölkə çempionatına yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, yarışda kişilər 10, qadınlar isə 4 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıblar.

 

Kişilərin yarışında Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), İman Əhmədli (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Ağalar Sadiqzadə (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Qadınların mübarizəsində Dinarə Fətəliyeva (48 kq), Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Məryəm Cəbrayılova (64 kq) qızıl medal qazanıblar.

Tarix: 31 Yanvar 14:24    Oxunub: 150    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyul 2017
23 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.