Pele azarkeşi olan və Braziliya millisindən ləzzət alan azərbaycanlı məmur

Dövlət rəsmiləri “Gənclər günü” ilə əlaqədar gənc yaşlarında maraqlandığı idman növləri və kumirləri barədə fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, ilk öncə Gənclər və Idman naziri Azad Rəhimov fikirlərini bildirib:

 

“Gənc yaşlarımda hokkey matçlarını səbirsizliklə gözləyirdim. Çünki o vaxt SSRİ bizim vətənimiz idi. ABŞ və Kanada ilə oyunlara böyük həvəslə baxırdım. O vaxt ABBA kimi pop qruplarını televiziyada görmək hər deyən qismət olmurdu. Bu qrupu çox sevirdim”.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov isə Pele azarkeşi olduğunu və Braziliya millisinin oyunlarını seyr etməkdən ləzzət aldığını bildirib.

 

Millət vəkili Fuad Muradov da bu barədə fikirlərini söyləyib: “Mən Maykl Cordan azarkeşi idim. Azərbaycanda basketbola o qədər də maraq olmasa da, mən xüsusilə Cordanın və onun çıxış etdiyi “Çikaqo Bullz”un oyunlarına böyük həvəslə baxırdım”.

Tarix: 3 Fevral 15:36    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.