Benites: "Bilirdik ki, Bakı klubu bu oyuna yaxşı hazırlaşıb"

Kişi voleybolçuların Çağırış kubokunun 1/8 finalında “Lokomotiv” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.

 

Sportinfo.az xəbər verir ki, səfərdə 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu, evdə də eyni hesabla yenilib.

 

Rəqib baş məşqçi Fernando Munyos Benites bunu deyib: “Evimizdə olduğu kimi, səfərdə də yaxşı oynadıq.

 

Bilirdik ki, “Lokomotiv” bu oyuna yaxşı hazırlaşıb. Ancaq ilk iki setdə taktiki və texniki cəhətdən çox yaxşı çıxış edib, növbəti mərhələyə yüksəldik.

 

Növbəti hədəfimiz yarımfinala çıxmaqdı. Fikrimcə, turnirin favoritləri “Bunqe” (İtaliya), “Qazprom-Yuqra” (Rusiya) və “Maliye Piyanqo”du (Türkiyə)”.

Tarix: 3 Fevral 09:48    Oxunub: 191    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.