Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəldi

Ardıcıl beşinci dəfə futzal üzrə Avropa çempionatının final mərhələsində vəsiqə qazanmış milli komandamız qitə birinciliyində ilk oyununu keçirib. 

 

Sportinfo.az xəbər verir ki, Sloveniyanın Lyublyana şəhərindəki “Stoyica Arena”da millimiz Fransa ilə üz-üzə gəlib.

 

Qapılara 8 qolun vurulduğu qarşılaşma millimizin inamlı qələbəsi ilə başa çatıb. Məlumat üçün qeyd edək ki, yığmamız Fransa futzalçıları ilə AÇ-2012-nin seçmə mərhələsinin oyununda qarşılaşmışdı.

 

2011-ci ilin fevralında Bakıda keçirilən oyunda komandamız 4:2 hesabı ilə qələbə qazanmış və Xorvatiyada keçirilən Avropa çempionatına vəsiqə əldə etmişdi.


Bu qələbə həm də komandamızın növbəti mərhələyə çıxmasını təmin edib. Belə ki, qrupda İspaniyaya qarşı keçirəcəyimiz oyunda xal qazana bilməsək belə, yığmamız 1/4 finalda oynayacaq.

AÇ-2018
D qrupu

Azərbaycan – Fransa 5:3

Qol: Bolinya, 3; 23; 24. Qalo, 29. Eduardo, 39 - Nqala, 7. A.Mohammed, 21. S.Muhudine, 40
Sloveniya. Lyublyana. “Stoyiçe Arena”.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 5. Fineo de Araujo, 6. Eduardo Borges, 13. Everton Kardoso “Qalo”, 3. Thaqo Telez “Bolinya”.
Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov.
Baş məşqçi: Joze Alesio Da Silva

Fransa: 1. Camel Haroun (q,k), 6. Kevn Ramires, 8. Azdin Ayqoun, 10. Abdessamad Mohammed, 20. Souheyl Muhudine.
Ehtiyat oyunçular: 12. Ba El Maarouf Kerroumi (q), 16. Joevin Durot, 18. Samba Kebe, 2. Sid Belhaj, 5. Boulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel De Sa Andrade
Baş məşqçi: Pyerr Cekki.

Tarix: 3 Fevral 00:20    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.