DSX və AMADA arasında əməkdaşlıq haqqında memorandum

Dövlət Sərhəd Xidməti (DSX) və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Sportinfo.az xəbər verir ki, DSX-da AMADA-nın nümayəndə heyəti ilə görüş keçirilib. 

 

Görüşdə ölkə ərazisinə dövlət sərhədindən dopinq vasitələrinin qanunsuz keçirilməsi və antidopinq qayda pozuntusu məsələləri müzakirə edilib, təmiz idmanın inkişafı üçün iki qurum arasında sıx əməkdaşlıq həyata keçiriləcəyi qeyd edilib.

 

Əməkdaşlıq çərçivəsində antidopinq qaydalarına əsasən barəsində araşdırmalar aparılan idmançılar və idmançılara dəstək heyəti, onların ölkəyə giriş-çıxışı haqqında və digər məlumat mübadiləsinin aparılması razılaşdırılıb.

Tarix: 2 Fevral 20:00    Oxunub: 91    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.