Bu sahədən ömürlük uzaqlaşdırılanların apellyasiyası təmin ediildi

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı 28 idmançının Olimpiya Oyunlarından ömürlük uzaqlaşdırılmasına dair qərardan apellyasiyasını təmin edib. 

 

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (İOC) bununla 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında həmin idmançıların anti-dopinq qaydalarını pozduqlarını iddia edən İOC-un qərarını ləğv edib.

 

Daha əvvəl İOC həmin olimpiadada iştirak etmiş rusiyalı 43 idmançının anti-dopinq qaydalarını pozmaqda günahlarının olduğunu etiraf edib və "Soçi-2014"dəki nəticələrini ləğv edərək, onları Olimpiya Oyunlarından ömürlük kənarlaşdırıb.

 

Nəticədə olimpiadanın 13 mükafatından məhrum edilən Rusiya medal hesabındakı birinci yeri itirib. Qərarlar rusiyalıların Olimpiya Oyunlarındakı dopinq-testlərinin yenidən yoxlanılması ilə məşğul olan İOC komissiyasının işinin nəticələri əsasında çıxarılıb.

Tarix: 2 Fevral 00:40    Oxunub: 232    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.