AFFA-nın "monopolist" meneceri Dadaşova karlı iş yeri axtarır

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun gələcək karyerası qeyri-müəyyən olaraq qalmaqdadı.

 

III Bundesliqa təmsilçisi “Karl Zeyss”ə keçidi real görünmür.

 

Səbəb forvardın Berlin “Dinamo”su ilə müqaviləsinin olmasıdı. Belə ki, Dadaşovun Regional liqada mübarizə aparan hazırkı komandası ilə anlaşma müddəti mövsümün sonuna qədərdi.

 

“Karl Zeyss” onu havayı heyətinə qatmaq istəsə də, “Dinamo” rəhbərliyi buna razılıq verməyib. 

 

26 yaşlı forvard bu liqadan təkliflər almaqda davam edir. Onun xidmətində maraqlı olan digər komandalar isə “Şportfroynde”, “Erfurt”, “Çvikkau” və “Hanza”dı.

 

Sonuncular - Rostok təmsilçisi IV Bundesliqanın geridə qalan 18 turunda 19 qola imza atan Dadaşovu ən layiqli əvəzləyici hesab edir. 


AFFA rəsmiləri də bu işdən bərk yapışıblar. Ad da çəkə bilərik – milliyə üzv əksər futbolçuları öz əlinə keçirmək üçün yola çıxan Riad Rəfiyev.

 

Bu illərdə əsasən seleksiya üzrə çalışan, Qurban Qurbanovun jgəlişindən sonra təşkilati məsələlərlə də məşğul olan Rəfiyev Dadaşovu Azərbaycanda 2-3 kluba təklif edib.

 

Eyni zamanda, Türkiyə, Çexiya, Slovakiya və Portuqaliyanın elita təmsilçilərinə. Bu keçid üçün aylıq 7-10 min dollararası maaş istənilir (Sportinfo.az). 

Tarix: 1 Fevral 14:48    Oxunub: 542    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.