“Qəbələ”də 500 manat maaş alırdı, uğur qazanmadığı üçün o da kəsildi"

Azərbaycan boks millisinin və “Qəbələ” İdman Klubunun üzvü, Rio-2016 Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayorun şəxsi “instagram” hesabında dəstələrlə manat şəkli paylaşması birmənalı qarşılanmayıb.

 

Sportinfo.az xəbər verir ki, yenicag.az-a açıqlama verən “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu hərəkətin idmançıya yaraşmadığını bildirib.

 

Bundan başqa, Nəcəfov Sotomayorun “Qəbələ”dəki maaşını da açıqlayıb: “Sotomayor “Qəbələ”də aylıq 500 manat maaş alırdı. Son yarışlarda uğur qazanmadığı üçün o maaş da kəsilib.

 

Yəni onun əlində tutub çəkdirdiyi pulların “Qəbələ”yə heç bir aidiyyatı yoxdu. Çox güman ki, həmin pullar millinin heyətində olanda beynəlxalq yarışlarda qazandığı uğurlara görə verilən mükafatdı. Əlbəttə ki, bu cür paylaşım bəyənilməyən haldı”.

 

Tarix: 1 Fevral 14:12    Oxunub: 375    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.