Qurban Qurbanovlu milli hər diviziona Avro-2020 şansı ilə!

Yanvarın 24-də Avropa futbol tarixində hansı yeri tutacağı hələ bəlli olmayan bir yarışın püşkatma mərasimi keçirildi.

 

Hələ yeni yarış təsdiq olunduğu və və formatı elan edildiyi dövrdə Millətlər Liqası adlandırılmış turnirin əsas məqsədi son dövrlərdə keyfiyyəti aşağı düşmüş yoxlama-matçların azaldılması idi.

 

Əslində, təkcə bu mənada deyil, həm də kommersiya maraqları baxımından da turnirin əhəmiyyəti az deyil. UEFA prezidentliyinə namizədliyi dövründə Mişel Platininin əsas təşəbbüskarı olduğu bu ideya hələ 2014-cü ilin martında təsdiqlənərək qüvvəyə minmişdi.

 

UEFA-nın sonuncu toplantısında isə onun formatı və digər detalları müəyyənləşdirildi. Yarışı daha maraqlı və diqqətəlayiq etmək üçün onun seçmə xarakterli olması formatı da tapılıb. Bu da onun daha bir özəlliyi kimi diqqət çəkir.

 

Hələ final mərhələsinə seçilmək imkanı bütün divizionlara verildiyindən, daha kəsərli mübarizəyə şahid ola bilərik. Hərənin öz boyuna uyğun rəqiblə yarışması da aranı daha da qızışdıracaq.

 

Azərbaycan ən aşığı divizionda - "D" liqasında yer alır. Püşkatma nəticəsində yığma 3-cü qrupa düşüb və burda Kosovo, Malta və Farerlərə rəqib olub.

 

Qrup turnirinin bütün oyunları sentyabr-noyabr ayaları ərzində müəyyən olunmuş təqvimlə keçiriləcək. Qrup qalibləri yuxarı diviziona vəsiqə əldə etməklə yanaşı, «Avro-2020»yə də bir vəsiqə uğrunda mübarizə aparmaq imkanı əldə ediblər.

 

Liqaların və qrupların tərkibi belədi:
"A" liqası

1-ci qrup: Almaniya, Fransa, Niderland;
2-ci qrup: Belçika, İsveçrə, İslandiya;
3-cü qrup: Portuqaliya, İtaliya, Polşa;
4-cü qrup: İspaniya, İngiltərə, Xorvatiya.


Qrup qalibləri "Dördlərin finalı" formatlı pley-off mərhələsində ilk yarışın qalibini 2019-cu ilin iyun ayında müəyyən edəcək. Həlledici turnir 4 iştirakçıdan birinin ev sahibliyi şəraitində keçiriləcək.

 

Qruplardan sonuncu yerlərin sahibləri birbaşa aşağı liqaya enirlər. "Avro-2020»nin seçmə mərhələsi xətti ilə final turnirinə çıxa bilməyən 4 yuxarı reytinqli komanda 2020-ci ilin martın 26-dan 31-dək bir daha bu fürsət uğrunda yarışmaq imkanı əldə edəcəklər.


"B" liqası
1-ci qrup: Slovakiay, Ukrayna, Çex Resp.;
2-ci qrup: Rusiya, İsveç, Türkiyə;
3-cü qrup: Avstriya, Bosniya və Herseqovina, Şimali İrlandiya;
4-cü qrup: Uels, İrlandiya, Danimarka.


Qrupların qalibləri yuxarı diviziona vəsiqə əldə edirlər. 4 sonuncu komanda aşağı liqaya keçir. "Avro-2020»nin seçmə mərhələsindən finala çıxa bilməyən 4 yuxarı reytinqli komanda 2020-cu ilin mart ayında keçiriləcək pley-offda bu şansı əldə edəcək.


«C» liqası
1-ci qrup: Şotlandiya, Albaniya, İsrail;
2-ci qrup: Macarıstan, Yunanıstan, Finlandiya, Estoniya;
3-cü qrup: Sloveniya, Norveç, Bolqarıstan, Kipr;
4-cü qrup: Rumıniya, Serbiya, Monteneqro, Litva.


4 qalib yuxarı diviziona, son 4 milli isə aşağı liqaya keçir. «Avro-2020»yə seçmə mərhələdən düşə bilməyənlər 2020-cu ilin mart ayında pley-off yolu bu imkanı alacaqlar.


«D» liqası
1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra;
2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino;
3-cü qrup: Azərbaycan, Farerlər, Malta, Kosovo;
4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq.


4 qalib yuxarı diviziona yüksəlir. «Avro-2020»yə vəsiqəsi olmayanlardan ən yuxarı reytinqliləri 2020-ci ilin martında bir daha bu yarışın pley-offu yolu ilə finalçılar sırasında yer alamağa çalışacaqlar.


Yarışın loqosu turnir iştirakçılarının bayaraqlarının rəmzidir. Əsas mükafatın çəkisi 7.5 kq, hündürlüyü 71sm-dir. Yarışın himnini Lozanna Operasının xoru ifa edir.


Oyunların standart təqvimi belədir: 1-ci tur - 6-8 sentyabr; 2-ci tur - 9-11 sentyabr; 3-cü tur - 11-13 oktyabr; 4-cü tur - 14-16 oktyabr; 5-ci tur - 15-17 oktyabr; 6-cı tur - 18-20 noyabr.


Matçların orta Аvropa vaxtı ilə 18:00 və 20:45-də başlanması nəzərdə tutulub (saatların əqrəbinin bir saat çəkilməsini də nəzərə alsaq, Bakı vaxtından 3 və yaxud 4 saat fərqi olacaq). Milli komandamız yerləşdiyi coğrafiyaya görə ev görüşlərini Orta Avropa Zonası vaxtı ilə saat 6-da da keçirə bilər.

 

BATI YAR

Tarix: 1 Fevral 13:24    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.