"Qəbələ" 1-ci, Çələbiyev və Məmmədli çempion oldu

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, 39 komandadan 203 boksçunun mübarizə apardığı yarışda “Qəbələ” İdman Klubunun üzvləri də uğurla iştirak edib.

 

Klub boksçuları 6 gün davam edən turnirdə 8 medal qazanıblar. Boks Mərkəzində təşkil olunan çempionatda idmançılarımız 2 qızıl, 3 gümüş və 3 bürünc mükafata yiyələniblər.

 

Cavid Çələbiyev 60 kq, Rahil Məmmədli 91 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

 

Yalnız finalda uduzan Fərid Ağamoğlanov (64 kq), İsmayıl Hüseynov (75 kq) və Rauf Rəhimov (81 kq) gümüş medal qazanıb.

 

Yarımfinala qədər irəliləyən Roman Zakirov (69 kq), Loren Dominkan Alfonso (81 kq) və Asəf Aslanlı (+91 kq) çempionatın bürünc mükafatçısı olub. 

 

Onların uğurlu çıxışı komanda hesabında da öz əksini tapıb. Belə ki, turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub. 

Tarix: 1 Fevral 13:00    Oxunub: 130    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.