Azərbaycan yığmaları Soçidəki Avropa çempionatına yollandı

Azərbaycanın yeniyetmə və gənc karateçilərdən ibarət yığma komandaları fevralın 2-də Rusiyanın Soçi şəhərində start götürəcək Avropa çempionatına yollanıb. 

 

Sportinfo.az xəbər verir ki, üç gün davam edəcək yarışa 27 idmançı qatılıb. Onlardan Fərid Ağayev (52 kq), Əminağa Əliyev (57 kq), Tale Yaqubov (63 kq), Polina Hurenko (47 kq), Fidan Dadaşova (47 kq) və Ayla Rzazadə (+54 kq), Həsənəli Həsənov (kata) və Suzanna Aslanova (kata) 14-15 yaşlı yeniyetmələr arasında döyüşəcək.

 

16-17 yaşlı gənclərin yarışında Müseib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq), Məhəmməd Məmmədov (68 kq), Fərid Şahbazlı (76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (48 kq), Renata Ərəbli (53 kq), Səma İmanzadə (59 kq), Bəsti İsmayılova (+59 kq) və Ceyhun İismayılov (kata), 18-20 yaşlı gənclərdə isə Ülvi Qurbanov (60 kq), Hüseyn Əliyev (67 kq), Ruslan Əhmədov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (50 kq), Aytac Əliyeva (55 kq), Fəridə Əliyeva (+67 kq) və Roman Heydərov (kata) mübarizə aparacaq.

 

Soçidə 14 - 18 yaşlı yeniyetmə və gənclər arasında 45-ci, 18-21 yaşlı gənclə arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək. 

 

Federasiya prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə Baş katib MirHəsən Seyidov, milli komandanın məşqçiləri Vahid Ayvazov (kata), Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Denis Morozov, beynəlxalq hakim Cahangir Babayev və mətbuat katibi Sənan Məhərrəmov da yer alıb.

Tarix: 1 Fevral 00:40    Oxunub: 181    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.