Kriminal avtoritet "Qara Qafur" beynəlxalq federasiyanın prezidenti oldu - FOTO

BŞ Xəzinədarlıq Departamentinin bu günlərdə sanksiya tətbiq etdiyi “vor zakon”ların siyahısında olan, mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələrini gizlətməyən Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti olub.

 

Sportinfo.az xəbər verir ki, federasiyanın vitse-prezidenti postunu tutan Qafur Rəhimov federasiyanın müvəqqəti rəhbəri Franko Falçinellinin qəfil istefasından sonra onun yerinə keçib.

 

 

AİBA-nın İcraiyyə Komitəsinin üzvü Pet Fiakko bildirib ki, bu dəyişiklik nizamnamə əsasında baş verib. Çünki federasiyanın prezidentinin istefasından sonra birinci vitse-prezident onun səlahiyyətlərini icra etməlidir. “İcraiyyə Komitəsinin bununla bağlı hər hansı mənfi mövqeyi yoxdur. Rəhimov federasiyanın inkişafına müsbət töhfə verib”, - Fiakko bildirib.

 

Rəhimov Dubayda yaşayır və onun AİBA üzvləri ilə orada görüşəcəyi gözlənilir. Çünki Dubayda milli boks federasiyalarının nümayəndələrinin konqresi keçirilir.

 

ABŞ Xəzinədarlıq Departamentinin məlumatında deyilirdi ki, Rəhimov “reketlik və avtomobillərin oğurluğu ilə cinayətkar karyerasına başlayıb, Özbəkistanın ən aparıcı cinayətkarlarından birinə və heroin alverinə cəlb olunmuş mühüm adama” çevrilib. Qərara əsasən onun ABŞ yuridikasiyası altına düşən bütün aktivlərinə və bank hesablarına həbs qoyulur.

 

Həmin sanksiya siyahısına “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov, “Vasya Voskres” ləqəbli Vasili Xristoforov, “Piçuqa” ləqəbli Yuri Piçuqin və digər “vorlar” da daxil edilmişdi.

 

Qafur Rəhimov kriminal aləmdə “Qara Qafur” ləqəbi ilə tanınır. Onun “Ded Xasan” ləqəbli (hazırda sağ deyil) Aslan Usoyan və klanı ilə sıx münasibətlərinin olduğu məlumdu.

Tarix: 30 Yanvar 15:24    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.