Millimiz Gürcüstanda beynəlxalq “Satellite” turnirində necə iştirak etdi?

Kişi sablyaçılardan ibarət millimiz Gürcüstan paytaxtında beynəlxalq “Satellite” turnirində iştirak ediblər.

 

Sportinfo.az xəbər verir ki, bizdən Xalid Əsədov və Elvin Rzazadə qrupda hərəyə bir qələbə qazansalar da, növbəti mərhələyə keçə bilməyiblər.

 

Qərib İbrahimov isə qrupda keçirdiyi görüşlərdə qələbə qazana bilməyib. Qrup mərhələsini bir qələbə ilə adlayan Həsənov Abdulla 1/64 finalda qazaxıstanlı rəqibinə uduzaraq, turniri 36-cı yerdə başa vurub.

 

Sablyaçılarımızdan ən yaxşı nəticə Cavanşir Ağakişiyevə məxsus olub. Qrup mərhələsində 3 qələbə qazanan həmyerlimiz 1/32 finalda yarışın bürünc mükafatçısı Mixail Mardalişviliyə məğlub olub. İdmançımız turniri 28-ci sırada tamamlayıb

Tarix: 30 Yanvar 08:12    Oxunub: 238    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.