Azərbaycan Beynəlxalq Bankı federasiyadan da əlini çəkdi - RƏSMİ

Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb. Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan Milli Karate Federasiyasıdır.

 

Bank baş sponsoru olduğu federasiya ilə müqavilə müddətini artırmayıb. AMKF-in I vitse-prezidenti Rəhman Həsənov "report"a açıqlamasında bildirib ki, sponsorluğun davam etdirilməsi ilə bağlı onlara heç bir rəsmi məlumat verilməyib:

 

"Hələ cavab gözləyirik. Baş sponsor yanvarın 1-dən maliyyə vəsaiti ayırmır. İdmançılarımız Fransada keçirilən I Premyer Liqa yarışına da Gənclər və İdman Nazirliyinin hesabına yollanıb".

 

ABB Sportinfo.az-ın 1 ay əvvəldən (http://sportinfo.az/news/266) verdiyi xəbəri rəsmən təsdiq edərək yanvarın 27-də "İnter”ə sponsorluğun dayandırılmasına qərar verildiyini açıqlayıb.

Tarix: 30 Yanvar 19:00    Oxunub: 421    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.