Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşdı

Kişi boksçular arasında Azərbaycan çempionatında III günün döyüşləri başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, 39 komandanın qatıldığı yarışda bu gün 32 qarşılaşma keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.

 

Belə ki, 49 kq və 91 kq çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 52 kq, 64 kq, 69 kq və 75 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.

 

Sabah - çempionatın IV günündə isə 8 çəki dərəcəsi üzrə 32 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.

 

49 kq

Yadigar Əliyev ("Gilan" İK) - Orxan Süleymanov ("Qızıl Əlcək" İK) - 0:5

Elnur Muradov ("Gömrükçü" İK) - Araz İmaməliyev ("Gilan" İK) - 0:5

 

52 kq

Qoşqar Səfərli (DİN) - Abdurəhman Şirinov ("Rabitə" İK) - 4:1

Nadir Əhmədov (Tovuz) - Məsud Maqsudov (MOİK) - ikinci tam üstünlüklə qalib gəlib

Elçin Bayramov ("Qızıl Əlcək" İK) - Nurlan Kərimli ("Sədərək" İK) - 4:1

Kamran Malikov ("Neftçi" İK) - Ramazan Abdullayev (Balakən) - 2:3

 

64 kq

İman Əhmədli ("Orion" İK) - Zabex Şomiyev (Masallı) - ikinci diskvalifikasiya olunub

Mirasif Hadızadə (Astara) - Elnur Əliyev (DİN) - birinci döyüşün davam etdirilməsindən imtina edib

Xanbala Qurbanov ("Gilan" İK) - Fərid Ağamoğlanov ("Qəbələ" İK) - birinci döyüşün davam etdirilməsindən imtina edib

Ramiq Allahverdiyev ("Qızıl Əlcək" İK) - Malik Həsənov ("Gilan" İK) - ikinci tam üstünlüklə qalib gəlib

Bəxtiyar Qazıbəyov ("Rabitə" İK) - Rəsul Əsgərov ("Zenit" İC) - 5:0

Sərxan Əhmədov ("Sədərək" İK) - Elməddin İsmayılov ("Rabitə" İK) - 0:5

Elvin Abbasov (Mingəçevir) - Emil Əliyev ("Qəbələ" İK) - ikinci tam üstünlüklə qalib gəlib

Tural Abbasov ("Gömrükçü" İK) - Elvin İsayev ("Gilan" İK) - ikinci tam üstünlüklə qalib gəlib

 

69 kq

Fərid Qəribov ("Qızıl Əlcək" İK) - Xəyyam Məmmədov - birinci tam üstünlüklə qalib gəlib

Nicat Məmmədov ("Qızıl Əlcək" İK) - Kamran Babayev ("Sədərək" İK) - 5:0

Roman Zakirov ("Qəbələ" İK) - Orxan Xasməmmədov (DİN) - 5:0

Kamran Qəhrəmanlı (DİN) - Şirxan Məmmədov ("Neftçi" İK) - 5:0

Xəzər Əliyev ("Kür" İK) - Ariz Abbasov (Mingəçevir) - birinci tam üstünlüklə qalib gəlib

Səməd Həsənzadə (Sabirabad) - Əlyar İbrahimov (Gəncə) - birinci tam üstünlüklə qalib gəlib

Zahir Məlikov ("Neftçi" İK) - Tural Hüseynov ("Sərhədçi" İK) - birinci tam üstünlüklə qalib gəlib

Tural Musayev (Tovuz) - Elnur Süleymanov ("Gilan" İK) - həkim döyüşün davam etdirilməsinə icazə verməyib, ikinci qalib gəlib

 

75 kq

İsmayıl Hüseynov ("Rabitə" İK) - Mehman Ağakişiyev (Sumqayıt) - birinci tam üstünlüklə qalib gəlib

Elmar Babayev (MOİK) - Zaur Bağırov (Salyan) - 0:5

Talıb Talıblı ("Qəbələ" İK) - Bəşir Kazımov (Astara) - 4:1

Fərid Qasımzadə ("Rabitə" İK) - Ülvi Eyyubov ("Gömrükçü" İK) - 5:0

Tural Useynov ("Səbail" İK) - Rasim Çobanlı ("Gömrükçü" İK) - 0:5

İnqilab Məmmədli ("Rabitə" İK) - Hidayət Musayev ("Kür" İK) - 0:5

Şahin Musayev ("Neftçi" İK) - Məhəmməd Ömərov (Balakən) - ikinci tam üstünlüklə qalib gəlib

Elvin Axundzadə (DİN) - Elvin Qəmbərov (MOİK) - 1:4

 

91 kq

Rahil Məmmədli ("Qəbələ" İK) - Hüseyn Qasımov ("Rabitə" İK) - 5:0

Gülhüseyn Ağazadə (DİN) - Zəfər Ağamalıyev (Naxçıvan) - birinci tam üstünlüklə qalib gəlib.

Tarix: 29 Yanvar 00:40    Oxunub: 75    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.