“Neftçi” və “Zirə”yə gəlmədi, bu qış ayrıldığı kluba qayıtdı

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Ufuk Budakın klubu rəsmən müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, bu qış fasiləsi zamanı “Samsunspor”dan ayrılan 26 yaşlı sol cinah müdafiəçisi qərarını dəyişərək yenidən bu kluba qayıdıb.

 

O, komanda yoldaşı Çağrı Ortakaya ilə birgə yenə Samsun təmsilçisinin şərəfini qorumağa qərar verib.

 

Halbuki, bir sıra başqa oyunçularla yanaşı, bu iki futbolçu da klubdan bir neçə aylıq maaşını ala bilmədikləri üçün, müqavilələrinə birtərəfli qaydada xitam vermişdilər.

 

Onlar artıq samsunlularla rəsmi müqavilə imzalayıblar. Ufuk cari mövsümün sonunadək anlaşma bağlayıbsa, Ortakaya ilə ilyarımlıq müqavilə imzalanıb.

 

Ufukun adı sabiq klubu “Manisaspor”, elecə də Azərbaycanda “Neftçi” və “Zirə” ilə birgə hallanırdı.

Tarix: 27 Yanvar 11:36    Oxunub: 353    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.