"Bu gün Naxçıvanda komanda idman növlərindən yalnız voleybol var"

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) 1-ci vitse prezidenti, milli komandanın baş məşqçisi Faiq Qarayev Yüksək Liqada çıxış edən kişilərdən ibarət komandaların baş məşqçiləri ilə görüşüb. Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, F.Qarayev məşqçilərin problemləri ilə maraqlanıb.


Federasiya rəsmisi Naxçıvan və Sumqayıt komandalarına heyətlərini gücləndirməyi tövsiyə edib: "Bu gün Naxçıvanda komanda idman növlərində yalnız voleybol komandası var. Bu bizi AVF olaraq çox sevindirir. Birinci dövrənin oyunları da Naxçıvanda keçirilib və böyük səs-səda yaradıb. Biz çalışırıq ki, kişilərdən ibarət milli komandamız Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil etsin".

 

Bu liqada daha yaxşı oyunu ilə seçilən oyunçular milli komandaya cəlb olunacaq. F.Qarayev komandaların hər birinə uğurlar arzu edib və yaxın zamanda daha güclü bir liqanın olacağını bildirib: "Ən önəmlisi isə avrokuboklarda kişi komandalarımızın iştirak etməsinə çalışmalıyıq".

Tarix: 24 Dekabr 18:12    Oxunub: 206    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.