Azərbaycan millisinin xal ehtiyatı dəyişmədi - dünyada 77-ci

AVRO-2018-in təsnifat mərhələsi başa çatdıqdan sonra futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, bu mərhələdə Avropanın zəif yığmaları çıxış etdiyindən məhz aşağı pillələrdə dəyişikliklər baş verib.
 
Planetin 10 ən güclü komandasının mövqeyi isə dəyişməz qalıb. Lakin bəzi komandaların xal aktivində fərqlər diqqət çəkir. Rusiya 11 xal qazanıbsa, İtaliya 28, Portuqaliya 8 xal itirib. Azərbaycan millisinin isə xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub.

 

Yığmamız yenə də planetin 10-cusudu. Millimizin AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərimizin mövqeyinə gəlincə, Macarıstan 1192 xalla 30-cu, Bosniya və Herseqovina 1129 xalla 38-ci yerdə qərarlaşıb. Təsnifat mərhələsini adlayan Albaniya 843 xalla 77-ci yerdə qərarlaşıb.
 
İlk “onluq”

1. Braziliya - 1916
2. İspaniya – 1893
3. Rusiya - 1766
4. Argentina - 1706
5. İtaliya - 1615
6. İran - 1608
7. Portuqaliya - 1567
8. Ukrayna - 1479
9. Qazaxıstan - 1465
10. Azərbaycan – 1435

Tarix: 30 Yanvar 12:00    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.