Azərbaycan yığmasının üzvləri Premyer Liqada çıxış edəcək - SİYAHI

Azərbaycanın kişi və qadın karateçilərdən ibarət milli komandası yanvarın 26-da Fransanın paytaxtı Parisdə start götürəcək Premyer Liqaya qatılacaq.

 

Sportinfo.az xəbər verir ki, üç gün davam edəcək yarışa 15 karateçi yollanacaq.

 

Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov (hər ikisi 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü +84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (kata) medal qazanmaqla bərabər, dünya reytinq xallarını artırmağa çalışacaqlar. 

 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov və Baş katib Mirhəsən Seyidov Fransaya yola düşən rəsmi heyətin tərkibindədi.

 

Federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayev, milli komandanın məşqçiləri Vahid Ayvazov, Qurban Tağıyev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev bəzi çəkilərdə iki idmançını sınaqdan keçirməyə üstünlük verib.

Tarix: 23 Yanvar 18:12    Oxunub: 312    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.