"Qarabağ" və "Qəbələ" ilə özünü reklam etdi, yarım milyona satıldı

Rumıniya millisinin üzvü Steliano Filipin yeni komandası müəyyənləşib.
 
Sportinfo.az xəbər verir ki, o, Buxarest "Dinamo"sunu Xorvatiya təmsilçisi "Hayduk"a dəyişib.

 

23 yaşlı yarımmüdafiəçi bu gün Split təmsilçisi ilə münasibətlərinə rəsmiləşidrəcək. Adı "Qarabağ"la hallanan futbolçu "Hayduk"la 2,5 illik sözləşmə imzalayacaq. 

 

2012-ci ildən “Dinamo”nun şərəfini qoruyan Steliano Filip 2015-ci ildən Rumıniya millisinə də çağırılır. O, yığmada 7 oyun keçirib.


“Steliano mənə lazımdı” - bu sözləri “Dinamo”sunun baş məşqçisi Vasile Miriuta demişdi. O, Filipin gedişinə qarşı çıxmışdı. Ötən ildən “Dinamo”nu çalışdıran 50 yaşlı mütəxəssis Stelianonun taleyinin təklifdən asılı olduğunu deyib:

 

“Steliano bizdə qalacaq. Amma “Dinamo” və özü üçün yaxşı təklif olsa, gedəcək. Ona indiki məqamda konkret təklifin gəlib-gəlmədiyini bilmirəm. “Dinamo”nun Filipə ehtiyacı var. Özü də bunu başa düşməli və qalıb, komandaya kömək etməlidi”.

 

O, bir neçə gün öncə komandası ilə birlikdə Kiprə yollanmışdı. Belə ki, təlim-məşq toplanışı üçün Limassola gedən buxarestlilərin ölkə xaricindəki hazırlığına qatılan Filip eyni zamanda komandanın yeni kapitanı təyin edilmişdi. Yerli  KİV-ə müsahibəsi zamanı “Dinamo”nun qarşıya qoyduğu hədəflərdən söz açıb, yeni transferlər barədə fikir bildirmişdi. 


Rumıniya millisinin üzvünün bu müsahibəsindən belə qənaətə gəlmək olardı ki, o, karyerasını elə hazırkı komandasında davam etdirəcək. Lakin “Dinamo” yarım milyon avro ayrılığa qol qoyub. 

 

Əslində, Azərbaycan klubları rumına maraq göstərməyib. Nə «Qarabağ», nə də «Qəbələ». O, menecerlər vasitəsilə təklif olunub.

 

400 min avroya. «Qarabağ» və «Qəbələ» ilə adının hallanması futbolçuya və yaxın çevrəsinə bir məqsəddən ötrü lazım idi: qiymət qaldırmaq. Buna da nail oldular. 

Tarix: 23 Yanvar 12:24    Oxunub: 363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.