Yeni müqavilə bağlayıb, 80 milyon qiymət qoydular

“Atletik” qapıçısı Kepa Arrisabalaqa ilə müqavilə müddətini uzadıb.

 

Sportinfo.az xəbər verir ki, Bilbao təmsilçisi 23 yaşlı qolkiperlə müqavilə müddətini 2025-ci ilə kimi artırıb.

 

Məlumatı “Atletik”in rəsmi saytı yayıb. Gənc qapıçının transfer qiymətinin isə 80 milyon avro müəyyənləşdirildiyi qeyd edilib.

 

Bir müddətdi “Real”ın Kepanın xidmətində maraqlı olduğu, qış fasiləsində onun transferini həll edəcəyi barədə məlumat yayılmışdı. “Atletik”in yetirməsi olan Arrisabalaqa cari mövsümdə 15 oyunda şans qazanıb.

Tarix: 22 Yanvar 21:00    Oxunub: 394    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.