Binəqədidə "Fener" uşaq-futzal məktəbi təsis edildi.

Futzal ölkəmizdə ən populyar idman növlərindən biri hesab edilir. Azərbaycan futbolda əldə edə bilmədiyi uğurları məhz futzalda qazanıb.

 

Uzun illərdən bəri bu sahədə əsas çatışmazlıqlardan biri uşaq-futzal məktəblərinin yoxluğu hesab edilirdi. 

 

Sportinfo.az xəbər verir ki, artıq bu boşluq aradan qaldırılıb. Belə ki, Bakıda ilk peşəkar uşaq-futzal məktəbi fəaliyyətə başlayıb.

 

Paytaxtın Binəqədi rayonunda yerləşən "Marafon" İdman Mərkəzində "Fener" uşaq-futzal məktəbi təsis edilib.

 

Ağasadıq Gəraybəyli 28 B ünvanında(7-ci mikrorayon) yerləşən məktəbdə 5-12 yaş arası uşaqların məşq etməsi üçün hər cür şərait var. "Fener"in məşqçiləri isə yığma komandamızın sabiq üzvləridi.

 

Hər həftə bir tanınmış futzalçının master-klass keçdiyi məktəbdə uşaqlar forma ilə təmin edilir. Həmçinin, futzal məktəbinin üzvlərinin müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə iştirakı təmin edilir.

Tarix: 22 Yanvar 20:00    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.