Sabiq dünya çempionu 83 yaşında dünyasını dəyişdi

İngiltərə millisinin sabiq müdafiəçisi Cimmi Armfild dünyasını dəyişib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə Futbol Assosiasiyası yayıb. Sabiq futbolçu 83 yaşında həyata gözlərini yumub.

 

1959-1966-cı illər aralığında çıxış etdiyi İngiltərə millisində 43 oyun keçirmiş Armfild, karyerası ərzində yalnız bir klubun - “Blekpul”un şərəfini qoruyub.

 

O, “Bolton” və “Lids” klublarında məşqçi kimi də çalışıb. Armfild 1966-cı ildə dünya çempionu olan İngiltərə millisinin heyətində yer alsa da, mundialda heç bir oyunda meydana çıxmamışdı.

Tarix: 22 Yanvar 19:24    Oxunub: 171    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.