FOTO - Koutinyo ilk dəfə "Barselona"nın məşqində

"Barselona"nın yeni transferi Filipe Koutinyo gələn həftə Kataloniya klubunda debüt edə bilər.

 

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilk dəfə komanda ilə birlikdə məşqdə sona qədər iştirak edib.

 

Onun "Espanyol"la Kral Kubokunun 1/4 final mərhələsinin cavab matçında (ilk oyun - 0:1) meydana çıxacağı gözlənilir. Komandalar arasında cavab görüşü yanvarın 24-də "Nou Kamp"da keçiriləcək.

 

"Liverpul"dan transfer olunan Koutinyo bud nahiyyəsindəki zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalmışdı.

Tarix: 22 Yanvar 18:24    Oxunub: 200    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.