"Təmkin söhbətini artıq etmək istəməzdim"

Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov sualları cavablayıb. .


Təmkin Xəlilzadənin yeri görünür?
- (gülür) Təmkin söhbətini artıq etmək istəməzdim. Çünki o, “Qəbələ”nin futbolçusudu. Çalışacağıq ki, onun mövqeyindəki boşluğu dolduraq.

 

Jozef Bumun durumu necədi? Komandaya gec qoşuldu və bildiyimizə görə, zədəsi var.
- Durumu yaxşıdı. Antalyada kollektiv məşqlərə qoşulacaq.


Yeri gəlmişkən, Antalyada baxışa oyunçu dəvət ediləcək?
- Baxışa gələn olmayacaq. İzlədiyimiz futbolçular var. Çalışacağıq ki, ən azı bir transfer edək.

 

Hansı mövqeyi doldurmaq istəyirsiz?
- Yarımmüdafiə xəttini gücləndirmək istəyirik. 

 

Bir transfer “Zirə” üçün kifayət edəcək? Nəzərə alaq ki, hədəf avrokuboklardı.
- Bu qarşılaşmada da gördüyünüz kimi, iki heyətimiz var idi. Məncə, kifayət edəcək.
 

Anar Nəzirovun son durumu haqda nə deyə bilərsiz?
- Anar da məşqlərə başlayıb. Antalyadakı ilk yoldaşlıq oyununda olmasa da, ikinci görüşdə ona şans verəcəyik.

Tarix: 22 Yanvar 18:12    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.