Məşhur futbolçu Türkiyənin ortabab klubuna transfer olundu

Braziliya millisinin sabiq futbolçusu Robinyo karyerasını "Sivasspor"da davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçsi 34 yaşlı hücumçu ilə razılıq əldə edib.

 

Robinyo yanvarın 23-də Türkiyəyə gələcək. O, tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq. 

 

Braziliya millisinin heyətində keçirdiyi 100 oyunda 28 qol vuran Robinyo karyerası ərzində İspaniyanın "Real Madrid", İtaliyanın "Milan" və İngiltərənin "Mançester Siti" komandalarının formasını geyinib.

 

"Santos"un yetirməsi olan forvardın sonuncu iş yeri vətənində "Atletiko Mineyro" klubu olub.

Tarix: 22 Yanvar 17:00    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.