"Kəpəz" Georgi Hacının komandasına boyun əymədi

"Kəpəz" Antalyadakı təlim-məşq toplanış çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Rumıniyanın "Viitorul" klubu ilə qarşılaşıb. 

 

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. "Kəpəz"in qolunu kapitan Şəhriyar Rəhimov vurub. Sahibi və baş məşqçisi “Qalatasaray”ın sabiq futbolçusu George Hacı olan "Viitorul" hazırda Rumıniya çempionatında 34 xalla 14 komanda arasında 6-cı yerdədir.

 

"Kəpəz” yanvarın 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-də “Yagelloniya” (Polşa), 31-də isə “Spartak”la (Serbiya) oyunda qüvvəsini sınayacaq.

Tarix: 22 Yanvar 15:00    Oxunub: 296    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.